Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib

29 sentyabr 2022 | 18:11

    29 sentyabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun 14 saylı tam orta məktəbində “Narkomaniya, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib.
    Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi, polis baş leytenantı Elşad Məmmədyarov, rayon Prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan İbrahimov, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı İsa Zamanov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl rayon sektorunun aparıcı məsləhətçisi Ağabala Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
     Tədbirdə çıxış edənlər bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın, erkən nikahın təhlükəli fəsadlarına qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, bu istiqamətdə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bunların qarşısının alınması istiqamətində ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini bildiriblər. Belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, bu işdə ailənin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.

Keçidlər