Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya-Ağ ölüm” adlı tədbir keçirilib

25 may 2023 | 16:34

    25 may 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkomaniya-Ağ ölüm” adlı tədbir keçirilib.
    Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctiamai-siayasi və humanitar məslələr şöbəsinin müdir müavini Mayil Əliyev, Rayon Polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik leytenantı Fariz Misirov, İctimai Təhlükəsizilik bölməsinin xidmət üzrə baş inspektoru, polis baş leytenantı Amid Məmmədov, Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Ayaz Babazadə iştirak ediblər.
    Tədbirdə çıxış edənlər narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı iştirakçılara öz məsləhət və tövsiyələrini veriblər. Hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi seçmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolla irəliləmələrini gənclərin diqqətinə çatdırıblar.
    Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər