Şriftin ölçüsü :

Saytın rəngi :

Musiqi məktəblərimizin şagirdləri təltif olunublar

31 yanvar 2023 | 16:56

    27 yanvar 2023-cü il tarixdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Neftçala şəhər C.İsmayılov adına Uşaq İncəsənət Məktəbinin təşəbbüs ilə "Heydər Əliyevin Azərbaycan milli musiqisinin dünya klassik musiqi səviyyəsinə yüksəldilməsində rolu" mövzusuna həsr olunmuş gənc ifaçıların regionlararası incəsənət və musiqi məktəbləri arasında müsabiqə keçirilib. Müsabiqənin keçirilməsində məqsəd regionlarda klassik musiqinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasıdır.

    "Heydər Əliyev İli" çərçivəsində keçirilən müsabiqəyə Neftçala, Biləsuvar, Salyan, Masallı, Kürdəmir, Hacıqabul, Cəbrayıl, Xocavənd, Füzuli rayonları və Şirvan şəhərindən ümumilikdə 73 şagird qatılıb.

    Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə rayonumuzun musiqi məktəblərinin şagirdləri Diplom və Fəxri Fərmanlarla təltif olunublar.

 

  1. Cəbrayıl UMM Sumqayıt Bölməsi:

Rzayev Turan – (tar üzrə) 3-cü yer - Diplom

Əliyeva Zəhra - ( xanəndəlik üzrə)  - Fəxri Fərman

 

  1. Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq İncəsənət Məktəbi:

İsmayılov Riyad - ( xanəndəlik üzrə)  - Fəxri Fərman

İsmayıllı Səid - (xanəndəlik üzrə)  - Fəxri Fərman

Şahverənli Cavidan- (qarmon üzrə) - Fəxri Fərman

Vəliyev Elnur- (qarmon üzrə) - Fəxri Fərman

 

  1. Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbi:

Hənifəyev Məhəmməd ( tar üzrə) - Fəxri Fərman

Məmmədov Kamran (xanəndəlik üzrə) - Fəxri Fərman

 

Gənc ifaçılarımızı təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər