Şriftin ölçüsü :

Saytın rəngi :

Münaqişə qurbanı olmuş İbrahim Quliyevlə görüş keçirilib

08 may 2024 | 15:48

    “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.18. bəndinin icrası ilə əlaqədar  Azərbaycan Respublikasının tərəfdar çıxdığı readmissiya sazişləri çərçivəsində Suriyadan geri qaytarılmış Cəbrayıl rayon sakini 2009-cu il təvəllüdlü Quliyev İbrahim Ülvi oğlu Bakının 285 nömrəli tam orta məktəbində təhsilə cəlb olunub və hazırda təhsilini davam etdirir. 08 may 2024-cü il tarixdə rayonun Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sənan Əsədov təhsil aldığı məktəbdə İbrahim Quliyevlə görüşərək, fərdi söhbət aparıb, hüquqlarını izah edib, psixoloji və sosial yardım göstərib. Münaqişə qurbanı olmuş İbrahim Quliyevə mütəmadi olaraq hüquqi, sosial, psixoloji, pedaqoji yardım göstərilir.

 

Keçidlər