Şriftin ölçüsü :

Saytın rəngi :

“Müharibə Veteranlarının hüquqi maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

17 avqust 2023 | 17:46

17 avqust 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müharibə Veteranlarının hüquqi maarifləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçsının müavini Fəridə İbayeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Təşkilat işləri üzrə sədr müavini Vahid Abdurəhmanov, Nəzarət, Təftiş komissiyasını sədri Niyazi Quliyev, AVMVİB-nin Xocalı və Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev və AVMVİB-nin Cəbrayıl rayon şöbəsinin üzvləri iştrak ediblər.

 Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə dövlətimizin müharibə veteranlarına, müharibə əlillərinə və şəhid ailələrinə şamil etdiyi güzəşt və imtiyazlardan yararlana bilmələri üçün hüquqi yardım göstərilməsi və onların qarşılaşdığı problemlərin araşdırılmasından söhbət açılıb. Tədbir Vətən Müharibəsi Veteranları ilə səmimi söhbət və dialoq əsasında başa çatdırılıb.

 

Keçidlər