Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllimlərimiz təltif olunmuşlar

14 oktyabr 2022 | 16:30

 

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsindəki yüksək nailiyyətlərinə görə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəbrayıl rayon 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İbrahimova Nüşabə İlyas qızı "Əməkdar Müəllim "fəxri adı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 6 nömrəli tam orta məktəbin tarix müəllimi Quliyeva Leyla Əhliman qızı, M. Allahverdiyev adına Çullu kənd tam orta məktəbin kimya müəllimi Baxşəliyeva Vüsalə Atalar qızı "Qabaqcıl təhsil işçisi" döş nişanı, İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin Tarix müəllimi Aslanov Həzi Vidadi oğlu, Şikar Aslanov adına Süleymanlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Allahverdiyeva Lamiyə Tehran qızı isə "Fəxri Fərman"la təltif olunublar.

     Müəllimlərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Keçidlər