Şriftin ölçüsü :

Saytın rəngi :

Müasir kiçik və orta tutumlu ət kəsimi məntəqələrinin yaradılmasının təşviq edilməsi ilə bağlı monitorinq keçirilmişdir

08 fevral 2023 | 18:16

    Rayon icra hakimiyyəti tərəfindən yaradılmış “İstehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət üzrə İctimai Komissiya” 7 fevral 2023-cü il tarixdə xidməti ərazimiz olan Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində maarifləndirici monitorinq keçirmişdir.
    Qəsəbələrdə ət satışı ilə məşğul olan sahibkarlar və istehlakçılar arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd ərazidə heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi və həmçinin baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə uyğun müasir kiçik və orta tutumlu ət kəsimi məntəqələrinin yaradılmasının təşviq edilməsi və dəstəklənməsidir. Bu məsələlərin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" 11 iyun 2018-ci il tarixli Sərəncam imzalamışdır. Müasir ət kəsimi və satışı məntəqələrində kəsimdən öncə heyvanlar baytar həkimi tərəfindən müayinə olunmalı, kəsilmiş ət baytarlıq-sanitariya ekspertizası və laborator müayinədən keçirildikdən sonra satışına icazə verilməlidir. Bu tip məntəqələrin yaradılması zoonoz xəstəliklərin nəzarətdə saxlanılması və heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin daha səmərəli təşkil olunmasına köməklik göstərəcəkdir.

Keçidlər