Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə səyyar qəbul-görüş keçirilmişdir

13 avqust 2022 | 13:13

Əhalinin problemlərinin yerində öyrənilməsi məqsədi ilə 12 avqust 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 74 ünvanında yerləşən “Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin akt zalında vətəndaşlarla səyyar qəbul-görüş keçirmişdir.

Rayon rəhbəri sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır. Çıxış zamanı İcra başçısı müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətinin ilbəil artdığını, ölkəmizin dünya miqyasında özünəməxsus layiqli mövqe qazandığını bildirərək, bu nailiyyətlərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik fəaliyyətinin parlaq nəticəsi olduğunu qeyd etmişdir.

Həmçinin qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ həllinə geniş imkan yaradır. Qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin onları narahat edən şəxsi məsələləri Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırmışlar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, həlli məqsədi ilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilmişdir.

Səyyar qəbul-görüşdən sonra Kamal Həsənov Kəlbəcər rayonu ərazisində minaya düşərək xəsarət almış polkovnik, Cəbrayıl rayonun Sədi kənd sakini İsbəndiyarov Vüqar Tofiq oğlunu, müalicə olunduğu Gəncə şəhər hərbi hospitalında ziyarət etmiş, hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanmışdır.

Hərbi hospitalın həkimləri V.İsbəndiyarovun aldığı xəsarətlərlə bağlı rayon rəhbərinə məlumat vermiş, vəziyyətinin stabil olduğunu bildirmişlər.

Keçidlər