Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Şikar Aslanov adına idman klubu Avrasiya çempionatında uğurla çıxış edib

25 fevral 2026 | 09:31

    Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park 1” yaşayış kompleksində fəaliyyət göstərən Milli Qəhrəman Şikar Aslanov adına idman klubu Bakı şəhəri, Xətai rayonunda yerləşən Sərhədçi İdman Kompleksində keçirilən Avrasiya çempionatında uğurla çıxış edib.
    Belə ki, idman klubu 13-15 fevral 2026-cı il tarixlərdə AİGA - Beynəlxalq Həvəskar Qreplinq Assosiasiyasının təşkilçılığı ilə 30-dan çox ölkənin 90-dan artıq idman akademiyasının iştrak etdiyi yarışa 14 idmançı ilə qatılaraq 12 müxtəlif medal (2-si qızıl, 4-ü gümüş və 6-sı bürünc) qazanıb. Qızıl medalla təltif olunan idmançılar içərisində həmyerlimiz, rayonun Niftallar kənd sakini Niftəlıyev Yusif Bəyiş oğlu 66 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsüyə yüksəlib.
    Bu münasibətlə həm Milli Qəhrəman Şikar Aslanov adına idman klubunu, həm də idmançımız Yusif Niftəliyevi ürəkdən təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.

Keçidlər