Milli Məclisinin deputatı Ceyhun Məmmədovla görüş keçirilib
09 may 2025-ci il tarixdə Milli Məclisinin deputatı Ceyhun Məmmədovla “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, İctimai-şuranın sədri Zaur Vəliyev, şair-publisist Hidayət Səfərli və Cəbrayıl qəsəbələrində müvəqqəti məskunlaşan gənclər iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keşmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Ceyhun Məmmədov gənclərlə görüşdən mənmun olduğunu bildirərək qeyd edib ki, hər zaman gənclərin yanında olmağı, onlara dəstək verməyi, doğru yol göstərməyi özümə borc bilirəm və bu iş artıq həyatımın bir hissəsinə çevirilib. Çalışıram ki, gənclərlə bağlı tədbirlərdə yaxından iştirak edim, onlarda ruh yüksəkliyi yaradım, milli-mənəvi dəyərlərimizi aşılayım.
Qarşılıqlı diskusiya şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində rayon gənclərinə Ceyhun Məmədovun müəllifi olduğu “Gənclərə tövsiyələr” adlı kitabı hədiyyə olunub və xatirə şəkli çəkilib.