Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

14 iyun 2023 | 12:10

    13 iyun 2023-cü il tarixdə Rayon icra Hakimiyyətinin və YAP Cəbrayıl rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon mədəniyyət evində “Heydər Əliyev İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP Cəbrayıl rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, Mərkəzi Kitabxananın əməkdaşları, mədəniyyət işçiləri, YAP fəalları iştirak ediblər.
    Tədbir Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.
    Çıxışlar zamanı həmçinin, 15 iyun Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən ətarflı söhbət açılıb.

 

 

Keçidlər