Şriftin ölçüsü :

Saytın rəngi :

Məzunlarımız Prezident təqaüdünə layiq görülüblər

03 oktyabr 2022 | 18:29

     Azərbaycan Respublikası Prezidentinin  03 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş rayonun 14 saylı  tam orta məktəbinin məzunu Namazlı Aytən Nazim qızı  677 balla  Azərbaycan Tibb Universitetinə, 23 saylı tam orta məktəbin məzunu Mehdizadə Sadıq Ramil oğlu 652 balla ADA Universitetinə daxil olmuş və  Prezident təqaüdünə layiq görülüblər.

     Məzunlarımızı təbrik edir və uğurlar arzulayırıq. 

Keçidlər