Şriftin ölçüsü :

Saytın rəngi :

“Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib

02 iyun 2026 | 11:51

    1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib.
    Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşağın iştirak etdiyi konfransda rayonumuzu Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Tunar Süleymanov təmsil edib. Əl işlərindən ibarət rəsm sərgisi ilə konfransa qatılan şagirdimiz “Uşaq tribunası” guşəsində öz fikirlərini də həmyaşıdları ilə bölüşüb.

 

Keçidlər