“Mənim hüquqlarım məni qoruyur”mövzusunda tədbir keçirilib
09 iyun 2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Rayon qərargahında 18 may - 18 iyun “İnsan hüquqları aylığı ilə əlaqədar “Mənim hüquqlarım məni qoruyur” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyətinin məsul əməkdaşları və İnzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”ndan, bu mühüm sənədə əsaslanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan hüquqları günü kimi təsis olunmasından söhbət açıblar. Bildirilib ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Konstitusiyada əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkarolunmaz bir hüquq kimi qəbul olunub.
İştrakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir davam etdirilib.






