Məktəblimiz Qurban Məcnunov qızıl medala layiq görülüb
20 fevral 2026 | 09:58
11 fevral 2026-cı il tarixdə rayonun Hovuslu kənd tam orta məktəbinin X sinif şagirdi Məcnunov Qurban Məhəbbət oğlu Gəncə şəhərində yeniyetmələr arasında keçirilən Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 55 kq çəki dərəcəsində birinci yeri qazanaraq qızıl medala layiq görülüb.
Qeyd edək ki, Qurban Məcnunov 23 may 2024-cü il tarixdə Yunanıstanda keçirilən Yunan-Roma güləşi üzrə Avropa çempionatında 41 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Məktəblimizi ürəkdən təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.






