Məktəblimiz Mental arifmetika olimpiadasının qalibi olub
20 mart 2023 | 10:51
17 mart 2023-cü il tarixdə Bakı şəhərində “TİAMO KİNS” şirkətinin təşkilatçılığı ilə yeddi ölkə - Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Polşa, Amerika məktəbliləri arasında Benəlxalq Mental arifmetika (sürətli riyazi hesablama) Olimpiadası keçirilib. Olimpiadada müxtəlif yaş qrupları üzrə 160-da çox məktəbli iştirak edib.
11 yaşlı yarışçılar arasında Cəbrayıl rayon M.Allahverdiyev adına Çullu kənd tam orta məktəbin 4-cü sinif şagirdi Murad Zahid oğlu Əlizadə Olimpia çempionu olub.
Muradı təbrik edir və uğurlar arzulayırıq.