Məktəblimiz karate idman növü üzrə Avropa çempionu olub
18 may 2026 | 15:41
13 may 2026-cı il tarixdə Rumıniyanın Sfıntu-George şəhərində böyüklər və yeniyetmələr arasında keçirilən Fudokan karate üslubu (World Fudokan Federation) üzrə 28-ci Avropa çempionatında rayonun 5 nömrəli tam orta ümumtəhsil məktəbin 9-cu sinif şagirdi Səfərli Qorxmaz Rövşən oğlu 14-15 yaşlı idmançılar arasında 65 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə yüksəlib və Avropa çempionu adını qazanıb.
Məktəblimizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.






