Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblimiz çempion tituluna sahib olub

29 noyabr 2022 | 10:08

    20-27 noyabr 2022-ci il tarixlərində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarının, həmçinin idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 66 komandanın 326 boksçusu mübarizə aparıb. 7 gün davam edən turnirdə 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
    Final döyüşündə qalib gələn rayonun 5 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi Eldar Abdullazadə 52 kq çəki dərəcəsində çempion tituluna sahib olub.
    Məktəblimizi təbrik edir və uğurlar arzulayırıq.

 

Keçidlər