Məktəblimiz çempion olub
28 aprel 2026 | 15:02
26 aprel 2026-cı il tarixdə rayonun K. Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin 5-ci sinif şagirdi Quluzadə Yusif Fərid oğlu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş MMA və Qrappling idman növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında “Legion döyüş çempionatı – LFC” turnirində yaşıdları arasında 53 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsüyə yüksəlib və çempion adını qazanıb.
Məktəblimizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.






