Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb

14 avqust 2023 | 18:34

10 avqust  2023-cü il tarixdə  İngiltərənin paytaxtı London şəhərində keçirilən və 34 ölkənin iştirak etdiyi Beynəlxalq Riyaziyyat Olimpiadasında  Azərbaycanı təmsil edən rayonun K.Məmmədov adına B.Mərcanlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənzadə Fərid İsmayıl oğlu uğurla çıxış edərək qızıl medala layiq görülüb.

Məlumat üçün bildiririk ki, bu ilin may ayında Fərid Həsənzadə İngiltərədə onlayn təşkil edilən 8-ci sinif şagirdləri arasında 100 ölkənin iştirak etdiyi riyaziyyat və məntiq üzrə Beynəlxalq olimpiadada birinci yer tutaraq qızıl medal qazanmış və 2023-cü ilin avqust ayında Londonda keçiriləcək Beynəlxalq olimpiadaya dəvət almışdır.

Məktəblimizi təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər