Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülüb

19 dekabr 2022 | 16:33

   30 oktyabr 2022-ci il tarixldə Bakı şəhər 200 nömrəli məktəb kompleksində AMO (American Mathematics Olympiada) Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilmişdir. Respublikamızın müxtəlif şəhər və rayonlarının məktəblilərinin təmsil olunduğu yarışda rayonun K.Məmmədov adına B.Mərcanlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Həsənzadə Fərid İsmayıl oğlu uğurla iştirak edərək bürünc medala layiq görülmüşdür.
   Əlavə olaraq bildiririk ki, yarışların final mərhələsi 2023-cü ilin iyun ayının 26-da Sinqapurda keçiriləcəkdir.
   Məktəblimizi təbrik edir və gələcək yarışlarda ona uğurlar arzulayırıq.

 

Keçidlər