Məktəblilərimiz VI Astronomiya Olimpiadasında uğur qazanıblar
16 may 2026-cı il tarixdə Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ), Bakı Dövlət Universitetinin (BDU) və Şamaxı Astrofizika Rəsədxanasının (SAR) birgə təşkilatçılığı ilə Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri arasında VI Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Olimpiadanın respublika turunu uğurla keçən 224 şagirdin iştrak etdiyi final mərhələsində rayonun 14 nömrəli tam orta məktəbinin 3 şagirdi: Hüseynli Kənan Ramal oğlu gümüş, Əliyev Heydər Şəmil oğlu bürünc, Həsənov Əli Elzami oğlu isə həvəsləndirici mükafata layiq görülüblər.
Şagirdlərimiz bu il Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına vəsiqə qazanıblar.
Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!
Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.






