Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərimiz Respublika Fənn Olimpiadalarında uğur qazanıblar

15 may 2023 | 10:30

    02-10 may 2023-cü il tarixlərdə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib.
    Olimpiadaların final turunda iştirak edən Cəbrayıl rayon 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi Abasquliyev Elvin Qurban oğlu, Tatar kənd tam orta məktəbin 10-cu sinif şagirdi Əliyeva Alimə Bayram qızı tarix fənni üzrə gümüş, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin XI sinif şagirdi Fərhadov Əvəz Ramiz oğlu isə bürünc medala, 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi İbrahimov Elcan Müslüm oğlu kimya fənni üzrə bürünc medala layiq görülüblər.
    Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq.

 

Keçidlər