Məktəblilərimiz Respublika birinciliyinə vəsiqə qazanıblar
20 aprel 2026 | 10:10
13 aprel 2026-cı il tarixdə Məktəb Futbolu və İnkişaf Təşəbbüsləri Assosiasiyası və AFFA-nın birgə layihəsi çərçivəsində təşkil olunmuş region birinciliyində Cəbrayıl rayon 10 nömrəli tam orta məktəbin qızlarından ibarət futbol komandası (V sinif) öz yaş qrupları üzrə komandalar arasında qalib olaraq, Respublika birinciliyinə vəsiqə qazanıblar.
Yarışın keçirilməsində məqsəd regionlarda futbolu kütləviləşdirmək və məktəblilər arasında sağlam həyat tərzini təşviq etməkdir.
Bu münasibətlə məktəblilərimizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.






