Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərimiz qalib olmuşlar

23 noyabr 2022 | 12:20

    Azərbaycan Muaytay-tayboks Federasiyası və Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 noyabr 2022-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında muaytay və uşu idman növləri üzrə “Dəmir yumruq-9” Qəbələ rayon Açıq turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu artırmaq, həmçinin idmançıların idman ustalıqlarının artırılması və bu idman növü üzrə yığma komandalara namizədlər hazırlamaqdan ibarətdir. Turnirdə Bakı, Gəncə, Qəbələ, Şəki, Sumqayıt, Şamaxı klublarından ümumilikdə 200-dək idmançı iştirak etmişdir.
    “Sədərək-Avatar” idman Klubunu təmsil edən Hovuslu kənd tam orta məktəbinin şagirdləri Əhmədli Nihat Ayaz oğlu Muaytay idman növləri üzrə birinci, Kazımlı Elmir Mirağa oğlu uşu idman növləri üzrə ikinci yeri tutmuşlar.
    Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər