Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərimiz finala vəsiqə qazanıb

11 dekabr 2023 | 16:40

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital” bankın dəstəyi ilə noyabr-dekabr aylarında məktəblilərarası "Fibonacci" intellektual oyunlarının IV Respublika çempionatı keçirilmişdir. On turdan ibarət olan bu çempionatda rayonumuzu təmsil edən üç komandadan ikisi - X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin "Erudit" və İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbinin "Çinar" komandası final mərhələsinə vəsiqə qazanmışdır.

    Qalib komandaları təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.

Keçidlər