Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər

13 fevral 2023 | 10:48

   Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin İmişli Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib.
   Ekskursiya zamanı məktəblilərə qorunan və ekspozisiyada nümayiş etdirilən eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, muzey 1981-ci ildən fəaliyyət göstərir, muzeyin fondunda tarixin bütün dövrlərinə aid 4140 adda eksponat toplanmışdır.
    Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında zəngin eksponatların nümayiş olunduğu Tarix Diyarşünaslıq Muzeyi ilə tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Keçidlər