Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

09 fevral 2023 | 16:25

    09 fevral 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin İmişli şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
     Ekskursiya zamanı məktəblilərə dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir.
     Ekskursiya çərçivəsində Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Xilaskar ömrü” adlı videoçarx nümayiş etdirilib. Məktəblilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

 

Keçidlər