Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərarası voleybol yarışı keçirilib

15 fevral 2024 | 16:02

14-15 fevral 2024-cü il tarixdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri (oğlanlar) arasında “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş məktəblərarası voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Rayon birinliliyində 10 komanda mübarizə aparıb. Sağlam həyat tərzinə çağırış ruhunda keçirilən yarışda V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbin komandası birinci, İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin komandası ikinci və 14 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.

Qalib komandalar Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin fəxri fərman və diplomları ilə təltif olunublar.

Komandaları təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər