Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərarası basketbol yarışı keçirilib

01 mart 2024 | 09:52
    29 fevral 2024-cü il tarixdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri (oğlanlar) arasında “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş məktəblərarası basketbol idman növü üzrə rayon birinciliyi keçirilib. 
    Rayon birinciliyində 8 komanda mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda V.ismayılov adına Çərəkən kənd tam orta məktəbin komandası birinci, 14 saylı tam orta məktəbin komandası ikinci və  10 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
    Qalib komandalar Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin fəxri fərman və diplomları ilə təltif olunublar. 
    Komandaları təbrik edir və uğurlar arzulayırıq.
 
 
 
 
Keçidlər