“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda Beynəlxalq Konfrans keçirilib
6-7 dekabr 2023-cü il tarixlərdə Bakı şəhərində “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda Beynəlxalq Konfrans keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Nazirlər, dövlət rəsmiləri, Milli Məclisin deputatları, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr iştirak ediblər.
Konfransda məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxış imkanları, məişət zorakılığı hallarının profilaktikası və aşkarlanması mövzusunda müzakirələr aparılıb.
Konfransda Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva iştrak edib.