Şriftin ölçüsü :

Saytın rəngi :

“Mehriban xanım Əliyeva dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir” mövzusunda tədbir keçirilib

24 avqust 2023 | 12:43

24 avqust 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə 4 saylı qəsəbə klubunda  “Mehriban xanım Əliyeva dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP Cəbrayıl rayon Təşkilatının sədri vəzifəsini icra edən Məhəmməd Əliyev, RİH yanında İctimai Şuranın sədri Zaur Vəliyev, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirə  Mehriban xanım Əliyeva haqqında videoçarxın nümayişi ilə başlanılıb.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibəti ilə Mehriban xanımı təbrik edərək dövlətimizin və xalqımızın rifah və tərəqqisi yolunda yorulmaz fədakar fəaliyyətində uğurlar arzulayıblar.

Natiqlər qeyd ediblər ki, Azərbaycanın birinci xanımının geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını özündə əks etdirir. Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Xeyriyyəçilik Mehriban xanım Əliyevanın əsas amalıdır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir.

O da xüsusi olaraq qeyd olunub ki, Mehriban xanım Əliyeva dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Onun ictimai-siyasi fəaliyyəti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli siyasətin ayrılmaz hissəsidir. Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı olaraq Azərbaycanın tərəqqi sütunlarının daha da möhkəmlənməsində tükənməz əmək sərf edən nümunəvi şəxsiyyətdir.

Tədbir iştrakçıları Mehriban xanım Əliyevaya xoş arzularını bildirərək həmişə bütöv Azərbaycanımızla bir olmağı arzulayıblar.

 

 

Keçidlər