Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilib

24 noyabr 2022 | 16:48

     Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov yerlərdə keçirdiyi qəbul və görüşlərin qrafikinə əsasən 24 noyabr 2022-ci il tarixdə Kürdəmir şəhəri, 564 ailəlik yeni köçkün şəhərciyində müvəqqəti olaraq məskunlaşmış Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
     Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramları haqqında ətraflı məlumat vermişdir.
    İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.

 

Keçidlər