Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlətçilik tariximizdə yeni mərhələ” mövzusunda dəyirmi masa keçirilib

22 avqust 2025 | 15:02

22 avqust  2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən rayon İcra Hakimiyyətinin qərargahında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlətçilik tariximizdə yeni mərhələ” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə Milli Məclis tərəfindən qəbul edilən yeni Konstitusiya Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələni təşkil edir. Bu sənəd müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarını qoyub və ölkənin demokratik inkişafına  zəmin yaradıb. “Konstitusiya və Suverenlik İli” Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı olacaq, həmçinin Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olduğunu və öz suveren hüquqlarını qorumaq istiqamətində prinsipial mövqe tutacağını bir daha nümayiş etdirəcəkdir.

 

Keçidlər