Şriftin ölçüsü :

Saytın rəngi :

Kəndimizə qayıdırıq

14 may 2025 | 16:48

    04 May 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayonun Daş Veysəlli kəndində Böyük Qayıdışın sevincini özündə əks etdirən “Kəndimizə qayıdırıq” adlı el şənliyi təşkil olunub. Şənlikdə şəhid ailələri, qazilər, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şənlik kəndin tanıtım lövhəsi yanında ağacəkmə aksiyası və qurban kəsilməsi ilə başlayıb. Kənd qəbiristanlığında uyuyan sakinlərin və şəhidlərimizin məzarları ziyarət edilərək xatirələri bir dəqiqəlik sükutla yad edilib,ruhlarına dualar oxunub və şəhid məzarları ətrafında ağacəkmə aksiyası keçirilib.
    Tədbir kəndin xarabalıqları əhatəsində toplantı şəklində, musiqiçilərin iştirakı ilə davam etdirilib, işğaldan sonra bu ərazidə ilk dəfə Azərbaycan respublikasının Dövlət Himni səsləndirilib. İgid oğulların at belində məclisə yaxınlaşması və “Əlyar yalı” adlı yüksək təpə üzərində tonqalların alovlandırılması kənd sakinlərinə həm xoş, həm də kövrək anlar yaşadıb.
    Çıxış edən şəhid ailələri, ağsaqqallar, qazilər bu gözəl anları bəxş edən Ali Baş Komandan, cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
    Bir-birini əvəz edən ifalar, rəqslər, musiqi sədaları altında “Yallı”ya qoşulan kənd sakinləri birliklərini və yurda qayıtmaq istəklərini bir daha nümayiş etdiriblər.
    Nəzərinizə çatdırırıq ki, rayonun Daş Veysəlli kəndi 20 oktyabr 2020-ci il tarixdə düşmən tapdağından azad olunub, kənddə qızğın döyüşlər gedib. Çoxlu sayda kənd sakini şəhid və əlil olub.

Keçidlər