İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində taxıl biçini davam edir
İşğaldan azad olunmuş ərazilər iqtisadi potensialı ilə yanaşı, eyni zamanda, aqrar sektorda, xüsusilə buğda və taxıl istehsalında xüsusi paya malikdir.
Digər işğaldan azad olunmuş rayonlarda olduğu kimi Cəbrayıl rayonu da işğaldan əvvəlki dövrlərdə ölkə taxılının əhəmiyyətli hissəsini yetişdirib və taxıl fondunun formalaşmasına töhfələr verib.
Cari ilin məhsulu üçün 2023-cü ilin payızında rayon ərazisində daha yüksək məhsul əldə etmək məqsədi ilə 14099 hektar sahədə payızlıq taxıl səpini aparılıb ki, ondan da 12744 hektarı buğda, 1355 hektarı isə arpa sahəsidir. Hazırda biçin prosesinə start verilib. Bu günə qədər 1295 hektar sahədə biçin aparılaraq 1826 ton məhsul əldə olunub. Taxıl biçininə 5 kombayn cəlb edilib.