İdmançımız Osman Allahverdiyev İspaniyada keçiriləcək Ağırlıqqaldırma üzrə Avropa çemionatına vəsiqə qazanıb
28 fevral 2026-cı il tarixdə həmyerlimiz, rayonun Böyük Mərcanlı kənd sakini, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının üzvü Allahverdiyev Osman Əfqan oğlu Bakı şəhərində keçirilən Ağırlıqqaldırma üzrə Respublika çempionatında 93 kq çəki dərəcəsində axırıncı qaldırma 270 kq olmaqla ümumi toplamda 685 kq yığmaqla birinci yeri qazanaraq qızıl medala layiq görülüb. Həmyerlimiz 15 mart 2026-cı il tarixdə İspaniyada keçiriləcək Avropa çemionatına vəsiqə qazanıb.
2019-cu ildən idmanın ağırlıqqaldırma növü ilə məşğul olan Osman Allahverdiyev 8 qat Azərbaycan və 2 qat Asiya çempionudur. İdmançımız ilk gümüş medalını 2023-cü ilin may ayında Bakı şəhərində keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan çempionatında, ilk qızıl medalını isə 2024-cü ilin mart ayında Qırğızıstanın Bişkek şəhərində keçirilən Asiya çempionatında qazanıb.
İdmanımızı təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.






