Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançımız Osman Allahverdiyev Ağırlıqqaldırma idman növü üzrə Azərbaycan çempionu olub

17 sentyabr 2026 | 15:39

12-13 sentyabr 2026-cı il tarixdə Bakı şəhəri, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində Ağırlıqqaldırma pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib. Həmyerlimiz, rayonun Böyük Mərcanlı kənd sakini, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının üzvü Allahverdiyev Osman Əfqan oğlu 93 kq çəki dərəcəsində 705 kq ağırlıqqaldırmaqla birinci yeri qazanaraq qızıl medala layiq görülüb.
Məlumat üçün bildirik ki, 2019-cu ildən idmanın ağırlıqqaldırma növü ilə məşğul olan Osman Allahverdiyev 9 qat Azərbaycan və 2 qat Asiya çempionudur.
İdmanımızı təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.

Keçidlər