Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın iclası keçirilib

07 dekabr 2023 | 17:52

     07 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın iclası keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov, İctimai Şuranın sədri və üzvləri, Hüquq-Mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
    İclasın gündəliyində olan üç məsələ - rayonda mövcud ictimai-siyasi vəziyyət və işğaldan azad olunmuş ərazilərə qayıdışın təmin edilməsi məqsədi ilə rayon əhalisi arasında aparılan təbliğat-izahat və maarifləndirmə işinin gedişi haqqında, Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, dövlətə məxsus idarə və müəssisələrdə inzibati vəzifədə çalışan dövlət qulluqçuları və məmurlar üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” və rayonda icra edilməsi vacib olan digər cari məsələlər müzakirə edildi.
     Birinci məsələ, işğaldan azad olunmuş ərazilərə qayıdışın təmin edilməsi məqsədi ilə rayon əhalisi arasında aparılan təbliğat-izahat və maarifləndirmə işinin gedişi haqqında Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov və Cəbrayıl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov geniş məruzə ilə çıxış etdi.
    İkinci məsələ, Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, dövlətə məxsus idarə və müəssisələrdə inzibati vəzifədə çalışan dövlət qulluqçuları və məmurlar üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” barədə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Zaur Vəliyev ətraflı məruzə etmiş, Cəbrayıl rayon prokuroru Ramiz Əliyev məsələ ilə bağlı fikirlərini bildirmişdir.
    Üçüncu məsələ, rayonda icra edilməkdə olan digər cari məsələlər barədə “Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin direktoru Anar Zamanov, Suvarma Sistemləri İdarəsinin rəisi Rafiq Xudaverdiyev, Su-Kanal sahəsinin rəisi Kamal Əzizov, Mənzil Kommunal İstismar Sahəsinin rəisi Saməddin Bağırov çıxış etmişlər.
     Sonda Rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov çıxış edərək müzakirə edilən məsələlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu sahədə İctimai Şuranın rolunun və fəallığının artırılmasının vacibliyini qeyd etdi.

Keçidlər