Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai şura ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı tədbir keçirilib

17 mart 2023 | 17:36

    17 mart 2023-ü il tarixdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1 bəndinin icrası ilə bağlı  tədbir keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən ayrı-ayrı dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri və İctimai şuranın üzvləri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizədə fəal rol oynayır, geniş maarifləndirmə işinin aparılmasında müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər. Eyni zamanda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlığın gücləndirilməsi və layihələrin həyata keçirilməsi müzakirə edilib. Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.

 

Keçidlər