Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar görüş keçirilib

07 mart 2023 | 09:17

    06 mart 2023-cü il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib. Keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verib.
    Görüşdə iştirak edən rayon sakinləri ölkədə və eləcədə işğaldan azad olunmuş ərazilərdə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını və onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bildiriblər.

Keçidlər