Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin Nərimanov rayonunda yerləşən qərargahında səyyar qəbul keçirilib

23 aprel 2024 | 09:17

    22 aprel 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və rayon sakinlər iştirak ediblər.
    Səyyar görüşdə çıxış edən İcra başçısı sakinlərə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və işğaldan azad olunmuş Cəbrayıl rayonunda görülən işlər barədə ətraflı məlumat verib. Rayon rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
    Sonra rayon sakinlərinin təklif və istəkləri dinlənilib. Sakinləri narahat edən problemlər məsul şəxslər tərəfindən yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.
    Səyyar qəbulda iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər