Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri ilə səyyar qəbul keçirdi

17 iyun 2022 | 16:01

    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qəbul qrafikinə uyğun olaraq 17 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, P.Babayev küçəsində yerləşən, rayonun 6 saylı tam orta məktəbində rayon sakinləri ilə səyyar qəbul keçirib. Səyyar qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Səyyar qəbulu giriş sözü ilə açan Kamal Həsənov bu görüşlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq həyata keçirildiyini bildirdi. İcra başçısı vurğuladı ki, səyyar qəbulun əsas məqsədi bilavasitə vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və çevik şəkildə həllinə nail olmaqdır. Daha sonra rayon rəhbəri respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə rayon sakinlərinə məlumat verdi. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən də bəhs edən İcra başçısı, əhalimizin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını bildirdi.
    Qəbulda iştirak edən rayon sakinləri söz alaraq onları narahat edən əsas problemlər barədə fikirlərini bildirdilər. İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verdi.
    Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
    Cəbrayıl rayonunda İcra başçısının sakinlərlə görüş və qəbulları qrafik üzrə davam edir.

 

Keçidlər