Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Saatlı rayonu Nərimankənd köçkün qəsəbəsində məskunlaşan rayon sakinləri ilə səyyar qəbul keçirdi

20 iyun 2022 | 17:04

     20 iyun 2022-ci il tarixində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Nərimankənd köçkün qəsəbəsində fəaliyyət göstərən 2 saylı tam orta məktəbdə səyyar qəbul keçirib. Aparatın məsul əməkdaşlarının və rayon sakinlərinin iştirak etdiyi görüşdə icra başçısı keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb, görüşlərin bir məqsədə - vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Rayon rəhbəri ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də söhbət açıb. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən də bəhs edən İcra başçısı, əhalimizin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını vurğulayıb.
    Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb, rayon sakinləri tərəfindən səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.
     Qəbulda iştirak edən vətəndaşlar bu cür səyyar görüşlərin keçirilməsini yüksək qiymətləndirdiklərini və gələcəkdə görüşlərin sayının daha çox olmasını arzulayıblar.

Keçidlər