İcra Hakimiyyətinin başçısı rayonun Cocuq Mərcanlı kəndində səyyar qəbul keçirdi
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun növbəti səyyar qəbulu 04 iyul 2022-ci il tarixdə Cocuq Mərcanlı kəndində keçirilib. Rayonun xidmət təşkilatları rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə icra başçısı Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb. C.Mərcanlı kənd sakinlərinin əməksevərliyini, vətən təəssübkeşliyini, dövlətə və cənab Prezidentin həyata keçirdiyi siyasi kursa sadiqliyini yüksək qiymətləndirərək 44 günlük Vətən müharibəsi zamanı bir daha bunun şahidi olduğunu bildirib.
Sonra icra başçısı sakinlərin problemləri ilə maraqlanıb, onları narahat edən məsələləri, təklifləri dinləyərək kənd sakinləri tərəfindən səslənən hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
Səyyar qəbul-görüşdən razılıq edən kənd sakinləri çıxış edib dünyada baş verən mürəkkəb siyasi hadisələr fonunda ölkə iqtisadiyyatının daima inkişaf etdirilməsindən, Azərbaycan xalqının sülh şəraitində yaşayışının təmin olunmasından Cocuq Mərcanlı kəndində yaradılan şəraitdən məmnun olduqlarını qeyd edərək cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu fikirlər ifadə ediblər.