Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Kürdəmir rayonunda yerləşən köçkün şəhərciyində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib

24 sentyabr 2026 | 16:45

24 sentyabr 2026-cı il tarixində rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Kürdəmir rayonunda yerləşən köçkün şəhərciyində Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə rayon İcra hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları və həmin şəhərcikdə məskunlaşmış sakinlərimiz iştirak ediblər.
Rayon rəhbəri görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin əhəmiyyətindən, respublikamızda və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və əhlimizin öz dədə-baba yurdlarına köçürülməsindən geniş söhbət açıb.
Sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılılması üçün nəzarətə götürülüb.
Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər