Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar qəbul keçirdi

28 iyun 2022 | 16:25

     Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qəbul qrafikinə uyğun olaraq 28 iyun 2022-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında səyyar qəbul keçirib. Səyyar qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
     Səyyar qəbulda RİH başçısı Kamal Həsənov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Aparılan bu siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
     Daha sonra rayon rəhbəri əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonda mütəmadi olaraq səyyar qəbulların keçirildiyini qeyd etmiş, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə qarşıda duran vəzifələrdən, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərindən ətraflı danışmış, əhalimizin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını vurğulamışdır.
     Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyərək onların qayğıları ilə maraqlanıb, rayon sakinləri tərəfindən səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.

Keçidlər