Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Xətai rayonunda məskunlaşan rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib

10 oktyabr 2025 | 16:57

    Səyyar qəbul qrafikinə əsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu 10 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fəaliyyət göstərən rayonun 23 saylı tam orta məktəbində keçirib. Qəbulda aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.
    İcra başçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlərdən danışıb. Dövlət başçısının rəhbərliyi ilə respublika əhalisinin rifahının daha da yaxşılaşması istiqamətində keçirilən məqsədyönlü tədbirlərdən geniş söhbət açıb.
    Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verilib, həlli vaxt tələb edən digər məsələlər isə nəzarətə götürülüb.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızda gedən quruculuq işlərinə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər