İcra Başçısı növbəti səyyar qəbulu Saatlı rayonu, Nərimankənd köçkün qəsəbəsində keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhali ilə keçirdiyi növbəti səyyar qəbul-görüşü 19 iyun 2026-cı il tarixdə Saatlı rayonu, Nərimankənd köçkün qəsəbəsində yerləşən 2 saylı tam orta ümumtəhsil məktəbində keçirib. İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda sakinlər onları düşündürən, narahat edən məsələlərdən söhbət açıblar.
Rayon rəhbəri görüş iştirakçılarını ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, əldə edilən yüksək nailiyyətlər və ölkəmizdə həyata keçirilən çoxsaylı qlobal layihələrin uğurlu icrası barədə məlumatlandırıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq sahəsində görülən işlərdən, əhalinin köçürülməsindən danışaraq qarşıda duran vəzifələr barədə məlumat verib.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Görüşdə çıxış edən sakinlər işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.






