İcra Başçısı növbəti səyyar qəbulu rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında keçirib
20 noyabr 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra Hakimiyyətinin qərargahında keçirib. Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın işğaldan azad olunmuş ərazilərdə icrası ilə bağlı, həmin ərazilərdə məskunlaşmanın təmin edilməsi və əhalinin köçə hazırlanması ilə əlaqədar görülən işlər barədə geniş məlumat verib.
Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələlərdən danışıb. Rayon rəhbəri vətəndaşları dinləyərək səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.